Azərbaycan cüdoçularından Polşada 3 medal

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Komanda.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan cüdoçuları üç medal qazanıblar.

Kişilər arasında 90 kiloqram çəki dərəcəsində yarışan Rüfət İsmayılov və ən ağır çəkidə mübarizə aparan Şahin Qəhrəmanov (+100 kq) yalnız final qarşılaşmasında uduzaraq gümüş medala layiq görülüblər. Komandamızın digər üzvü Yaşar Nəcəfov (-60 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Qeyd edək ki, Varşava turnirində 40 ölkədən 407 cüdoçu yarışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button