Azərbaycan cüdoçularından Çində iki medal

Çinin Uhan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları davam edir.

Komanda.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanın cüdo üzrə millisinin bir neçə üzvü də iştirak edir.

Oktyabrın 20-də cüdoçularımız Hidayət Heydərov (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.

Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərovun qazandırdığı Hərbçilərin Dünya Oyunlarının cüdo yarışlarında olimpiya və dünya çempionları da mübarizə aparırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button