Azərbaycan basketbolçularından Türkiyədə növbəti qələbə

Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, millimiz İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komandamız ikinci sınağında Türkiyənin regional liqa komandası “Söke Bələdiyəspor” ilə qarşılaşıb. Azərbaycan basketbolçuları bu görüşdə 84:72 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşmadan 75:70 hesabı ilə qalib ayrılmışdı.

Yeri gəlmişkən, basketbol üzrə gənclərdən ibarət (U-18) Azərbaycan yığması da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışındadır. U-18 hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Türkiyənin regional liqa komandası “Haznedar Doruk” ilə qarşılaşıb. Basketbolçularımız bu rəqibə 77:52 hesabı ilə qalib gəliblər. Hərəyə 15 xal toplamağı bacaran millimizin üzvləri Azər Əzimov və Hüseyin Qasımov qarşılaşmanın ən məhsuldar basketbolçuları seçiliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button