Azərbaycan basketbolçuları İstanbulda ilk məğlubiyyətə üzüldü

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın basketbol üzrə gənclərdən ibarət (U-18) komandası növbəti sınaq oyununa çıxıb.

Komanda.az xəbər verir ki, millimiz Türkiyənin regional liqa təmsilçisi “Kadıköy Basket” komandası ilə üz-üzə gəlib və bu oyundan 77:84 hesablı məğlubiyyətlə ayrılıb.

Bu görüşün ən məhsuldar basketbolçusu 26 xalla millimizin üzvü Rəşid Abbasov seçilib.

Xatırladaq ki, U-18 bundan əvvəlki sınaq matçlarından qalib ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button