Azərbaycanlıların seyrçi olacağı 1 milyard dollarlıq çempionat

Noyabrın 20-də növbəti futbol bayramı – dünya çempionatı start götürəcək.

Bütün dünyanın böyük maraqla gözlədiyi mundial dekabrın 20-dək davam edəcək.

Komanda.az xəbər verir ki, FİFA-nın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu 440 milyon dollar təşkil edəcək. Eyni zamanda, hər milli komanda dünya çempionatına hazırlaşmağa görə 1,5 milyon, dünya çempionatının qrup mərhələsində iştiraka görə isə 9 milyon dollar alacaq.

Dünya çempionatının qalibi rekord məbləğ – 42 milyon dollar qazanacaq.

DÇ-2022-nin pul mükafatının qalan hissəsi aşağıdakı kimi bölüşdürülür:

2-ci yer – 30 milyon dollar;

3-cü yer – 27 milyon dollar;

4-cü yer – 25 milyon dollar;

5-8-ci yerlər — hər komanda üçün 17 milyon;

9-16-cı yerlər – hər komanda üçün 13 milyon.

FİFA həmçinin, futbolçuları dünya çempionatında mübarizə aparacaq klublara əlavə olaraq 209 milyon dollar təzminat ayırıb.

“Totalsportal”ın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatı üçün ödənişlərin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button