Azərbaycanlı futbolçu Moldova çempionatında debüt etdi

Futbol üzrə Moldova çempionatında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycalı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Floreşti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Orxan da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu bununla Moldova çempionatında debüt etmiş olub.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 28 oyunda 39 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.