“Azərbaycanla matçda çox zəif çıxış etdik” – Adiyev

Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Oyunöncəsi mətbuat konfransında De Byaziyə tövsiyyə vermişdiz ki, ağzının danışığını bilsin. Bu gün ona nə məsləhət görə bilərsiz?
  • Bu məsələdə çox dərinə gedirsiz. De Byazi və komandası ilə qərəzim yoxdur. Oyundan sonra da onu təbrik etdim. Biz işimizi görür, yolumuza davam edirik. Rəqiblə işimiz yoxdur.
  • Bu oyunda nələr çatışmadı? Motivasiya olmadığını demək olar?
  • Paltardəyişmə otağında da futoblçulara dedim ki, oyunun ipi qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdik. Amma özünüz gördüz ki, oyun əldən getdi. Bu gün Belarusla matça nisbətən çox zəif çıxış etdik. Bu məğlubiyyət də təcrübədir. Üzərində işləyəcəyik. Hər komanda qalib gələ də bilər, məğlub ola da.
  • Sizə elə gəlmirmi ki, rəqibləriniz sizi yetəri qədər qiymətləndirmədi və qrup qalibi olmağınızda bunun rolu oldu?
  • Əlbəttə, razıyam.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button