Azərbaycanın milli komandalarının rəqibləri bəlli olub

17 və 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.

17 yaşadək futbolçulardan ibarət milli B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasında çıxış edəcək U-19 isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button