Azərbaycan yığmasından İzmirdə növbəti qələbə

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Komanda.az xəbər verir ki, millimiz qardaş ölkədə növbəti sınaq matçını keçirib.

Budəfəki rəqib Türkiyənin 2-ci liqa təmsilçisi “Uşak Basketbol” kollektivi olub. Azərbaycan basketbolçuları bu rəqibə 104:60 hesabı ilə qalib gəlib.

Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkiblər:

Amil Həmzəyev – 20 xal (12 ribaund)
Zaur Paşayev – 16 xal (8 asist)
Əkbər Məmmədov – 17 xal (15 ribaund, 6 blok)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button