Azərbaycan millisinin üzvü qələbəni kənardan izlədi

Futbol üzrə Polşa çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Poqon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 11 turdan sonra 13 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.