Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, millimiz 9-12-ci yerlər uğrunda qarşılaşmada Norveç yığması ilə üz-üzə gələcək.

Sözügedən komanda İtaliya və Fransanın yer aldığı A qrupunda hər iki matçda uduzaraq sonuncu olub. Hansı ki, yığmamız da C qrupunda İsveçrə və Ukraynaya hər iki matçda məğlub olmuşdu. Bu üzdən də bu komandalar 9-12-ci yerlər uğrunda mübarizə aparmalı olacaq.

Sentyabrın 1-də baş tutacaq Azərbaycan – Norveç matçına Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button