“Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər”

Albaniya yığmasının baş məşqçisi Silvinyo Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq matçından danışıb.

Komanda.az xəbər verir ki, rəqibin baş məşqşisi sabahkı matçla bağlı bunları söyləyib:

“Avropa çempionatına hazırlaşmaq üçün cəmi 7 günümüz var. Bu matçda komandanın necə oynayacağını deyə bilmərəm. Biz Azərbaycanla oyunda xüsusən az oyun şansı olan futbolçularımıza şans verməliyik və oyunçuların yeni taktikaları sınamağına şərait yaratmalıyıq. Milli komanda üçün bu, çox dinamik, sürətli prosesdir. Azərbaycanla yoldaşlıq oyunundan sonra İtaliya ilə ilk matça yaxşı hazırlaşmaq, hər şeyi dəyərləndirmək və təhlil etmək üçün imkanımız olacaq. Müdafiədəki problemlər üzərində işləməliyik. Avropa çempionatına az vaxt qalmasına baxmayaraq, biz yalnız Azərbaycanla matçı düşünürük. Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər”.

Macarıstanda keçiriləcək Albaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button