Türkiyə klubu Mahir Emrelini bəyənib

Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşdığı oyunu Türkiyənin “Trabzonspor” klubunun skautları izləyib.

Komanda.az xəbər verir ki, Qaradəniz təmsilçisinin nümayəndələri 1:1 hesabıyla bitən görüşdə Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin oyununu bəyənib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Mahirin Türkiyə klubunun skautlarının diqqətini çəkdiyi bildirilib. “Trabzonspor”un baş məşqçisi Ünal Karaman gələcəyə yatırım ola biləcək futbolçular axtarışındadır.

Türkiyə mətbuatı bir müddət əvvəl də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığını iddia edirdi.