
Azərbaycan boksçuları “Adriatik incisi” turnirini 4 medalla başa vurdular
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



