Azərbaycan basketbolçuları Türkiyə yığması üzərində qələbəyə sevindi

Türkiyədə təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, millimiz İstanbul şəhərində bu ölkənin U-20 yığma komandası ilə qarşılaşıb.

Azərbaycan basketbolçuları parketdən 82-81 hesablı qələbə ilə ayrılıblar.

Komandamızın ən məhsuldar basketbolçusu 26 xalla – Davis Jordan olub.