Azərbaycan atletindən DÇ-də uğursuz göstərici

Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davanm edir.

Komanda.az xəbər verir ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) qüvvəsini sınadığı mundialda arasında Azərbaycan yığmasının 3 üzvü də mübarizə aparır.

Onlardan daha biri – Boyanka Kostova 59 kq çəki dərəcəsinin A qrupunda mübarizəyə qoşulub.

Təəssüf ki, idmançımız birdən qaldırma hərəkətində uğursuz çıxış edib. O, 103 kq-ı üç yanaşmanın heç birində ram edə bilməyib.

Təkanla qaldırma hərəkətində 120 kq nəticə göstərən Kostova, bu hərəkətdə 8-ci yeri tutub.