
Top-klubların skautları “Ayaks”ın oyununda olub – Belçikalı futbolçuya görə
“Arsenal”, “Barselona”, “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” kim aparıcı klublar “Ayaks”ın yarımmüdafiəçisi Mika Qodtsun çıxışını yaxından izləyir.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Bir neçə klubun skautları Niderland çempionatında “Breda”ya qarşı keçirilən və “Ayaks”ın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda tribunada olub. Həmin görüşdə 20 yaşlı futbolçu fərdi reydlə vurduğu qolla diqqət çəkib.
Qodts 2024-cü ilin yanvarından etibarən “Ayaks”ın formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir. O, cari mövsümdə 39 oyunda iştirak edib, 16 qol vurub və 13 məhsuldar ötürmə verib.
Yarımmüdafiəçi bu ilin martında Belçika millisində debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



