Avropanın ən gəlirli stadionları SİYAHI

İngiltərənin “Deloitte” şirkəti 2017/18 mövsümündə Avropanın ən çox gəlir əldə edən stadionlarının siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, “Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionu ötən mövsümdə 144,8 milyon avro gəlirlə siyahıya başçılıq edib.

İkinci pillədə isə “Santyaqo Bernabeu”dur. İspaniyanın “Real” klubunun ev oyunlarını keçirdiyi stadion, 2017/18 mövsümündə 143,4 milyon avro gəlir əldə edib.

“Mançester Yunayted”in stadionu olan “Old Trafford” isə 119,5 milyo avro gəlirlə 3-cü pillədə yer tutub.

  1. Kamp Nou (“Barselona”, İspaniya) – 144,8 milyon avro
  2. Santyaqo Bernabeu (“Real”, İspaniya) – 143,4 milyon
  3. Old Trafford (“Mançester Yunayted”, İngiltərə) – 119,5 milyon
  4. Emireyts (“Arsenal”, İngiltərə) – 111,6 milyon
  5. Alyans Arena (“Bavariya”, Almaniya) – 103,8 milyon
  6. Park de Prens (PSJ, Fransa) – 100,6 milyon
  7. Enfild Roud (“Liverpul”, İngiltərə) – 91 milyon
  8. Uembli (“Tottenhem”, İngiltərə) – 85,2 milyon
  9. Stemford Bric (“Çelsi”, İngiltərə) – 83,4 milyon
  10. Etihad (“Mançester Siti”, İngiltərə) – 63,9 milyon
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button