Avropa Oyunları: Abbasov gümüş, Şəriəti bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Minskdə keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yarışan 23 yaşlı idmançı finalda ukraynalı Jan Belenyuka uduzub – 1:3. İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.

Azərbaycanın daha bir təmsilçisi – 130 kq çəkidəki Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti, bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan təmsilçimiz bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button