
Avropa Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri dəqiqləşdi
“Qarabağ”ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, “köhlən atlar” turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, “Şerif” (Moldova) – “Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
“Sabah” isə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a uduzsa, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



