Avropa Liqası: “Liverpul” evdə böyük hesabla uduzdu

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer” evdə “Vest Hem”lə üz-üzə gəlib. Matçın sonlarında rəqibini iki dəfə məyus edən Leverkuzen təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb. 

İtaliyanın turnirdəki təmsilçilərindən “Atalanta” isə səfərdə “Liverpul”a böyük hesabla qalib gəlib. 

UEFA Avropa Liqası, 1/4 final mərhələsi

İlk oyunlar

11 aprel

23:00. Milan (İtaliya) – Roma (İtaliya) 0:1
Qol: Canluka Mançini, 17.

23:00. Bayer (Almaniya) – Vest Hem (İngiltərə) 2:0
Qol: Yonas Hofmann, 83. Viktor Bonifeys, 90+1.

23:00. Benfika (Portuqaliya) – Marsel (Fransa) 2:1
Qol: Rafa Silva, 16. Anxel Di Maria, 52 – Pyer-Emerik Obameyanq, 67.

23:00. Liverpul (İngiltərə) – Atalanta (İtaliya) 0:3
Qol: Canluka Skamakka, 38, 60. Mario Paşaliç, 83.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button