Avropa Liqası: Bu gün yarımfinalın ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, Portuqaliyanın “Braqa” klubu Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək.

Digər matçda isə İngiltərə komandaları qarşılaşacaq. “Nottingem Forest” doğma azarkeşləri önündə “Aston Villa” ilə üz-üzə gələcək.

Bu mərhələnin cavab oyunları mayın 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button