Avropa Liqasında gecənin bütün nəticələri

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi “Astana” səfərdə Andorranın “Santa Koloma” klubu ilə qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb.

Dünən daha bir oyun keçirilib. Slovakiyanın “Slovan” klubu Kosovo “Feronikeli”si ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Qarabağ” Çempionlar Liqasında “Dandalk” səddini keçə bilməsə, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Slovan” – “Feronikeli” cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi” və “Qəbələ” isə oyunlarını bu gün keçirib. “Neftçi” Rusiyanın “Arsenal”, “Qəbələ” isə Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşıb. “Ağ-qaralar” səfərdə qələbə qazandığı halda, “qırmızı-qaralar” doğma meydanda uduzublar.

Türkiyənin turnirdəki təmsilçilərindən olan “Yeni Malatyaspor” da avrokubokda ilk oyununa çıxıb. Super Liqa təmsilçisi Sloveniyanın “Olimpiya” klubunu qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

Ararat (Ermənistan) – Linkoln (Cəbəllütariq) 2:0
Qol
: Kobiyalko, 33. Alfonse, 45.

HB Torshavn (Farer adaları) – Linfild (Şimali İrlandiya) 2:2
Qol
: Yustinussen, 37. Petersen, 89 – Vatervot, 2; 88-pen.

Şkendiya (Makedoniya) – Düdelanj (Lüksemburq) 1:2
Qol
: İbraimi, 7-pen – Bettayev, 64. Sinani, 68-pen.

Santa Koloma (Andorra) – Astana (Qazaxıstan) 0:0

Tre Penne (San-Marino) – Suduva (Litva) 0:5
Qol
: Matuleviçyus, 10. Topçaqiç, 20. Svrlyuqa, 66. Tadiç, 81. Rikketts, 90.

24 iyul

Slovan (Slovakiya) – Feronikeli (Kosovo) 2:1
Qol
: Nono, 9. Sporar, 61 – Hoti, 67.

25 iyul

Pünik (Ermənistan) – Yablonets (Çexiya) 2:1
Qol
: Miranyan, 6; 30 – Dolezal, 53.

Ventspils (Latviya) – Qzira (Malta) 4:0
Qol
: Svarups, 41. Monteyrp, 50. Stuqlis, 83. Aiyequn, 87.

Qəbələ (Azərbaycan) – Dinamo (Gürcüstan) 0:2
Qol
: Kutaliya, 41. Daffe, 87.

AEK (Kipr) – Levski (Bolqarıstan) 3:0
Qol
: Cannu, 67. Ruis, 70. Hevel, 75.

Partizani (Albaniya) – Şerif (Moldova) 0:1
Qol
: Tambe, 23.

Utrext (Hollandiya) – Zrinski (Bosniya və Herseqovina) 1:1
Qol
: Kerk, 61 – Qovedariça, 34.

Çixura (Gürcüstan) – Aberdin (Şotlandiya) 1:1
Qol
: Koripadze, 41 – Kosqrov, 68.

Honved (Macarıstan) – Universitatya Krayova (Rumıniya) 0:0

Alaşkert (Ermənistan) – Styaua (Rumıniya) 0:3
Qol
: Tanase, 60. Kristea, 68. Koman, 82.

Arsenal (Tula, Rusiya) – Neftçi (Azərbaycan) 0:1
Qol
: Federiko, 45+2.

Flora (Estoniya) – Ayntraxt (Almaniya) 1:2
Qol
: Aynsalu, 34 – Torro, 24. Yoveliç, 71.

Hauqsen (Norveç) – Şturm (Avstriya) 2:0
Qol
: Kriqard, 51. Sandberq, 64.

Lexiya (Qdansk, Polşa) – Brondbü (Danimarka) 2:1
Qol
: Payxao, 26. Lipski, 63 – Hedlund, 59.

Mlada Boleslav (Çexiya) – Ordabası (Qazaxıstan) 1:1
Qol
: Komliçenko, 45+2 – Mehanoviç, 21.

Molde (Norveç) – Çukariçki (Serbiya) 0:0

Şaxtyor (Belarus) – Esbyerq (Danimarka) 2:0
Qol
: Bakay, 5. Rıbak, 55.

Yeni Malatyaspor (Türkiyə) – Olimpiya (Sloveniya) 2:2
Qol
: Mina Meza, 20. Yahoviç, 66 – Vukusiç, 13. Saviç, 74.

Konnah (Uels) – Partizan (Serbiya) 0:1
Qol
: Şçekiç, 62.

ÇSKA (Bolqarıstan) – Osiyek (Xorvatiya) 1:0
Qol
: Evandro, 53.

Hapoel Beer-Şeva (İsrail) – Kayrat (Qazaxıstan) 2:0
Qol
: Ramzi, 10-pen. Şamir, 63.

Lokomotiv (Plovdiv, Bolqarıstan) – Spartak (Slovakiya) 2:0
Qol
: İliyev, 39-pen; 61-pen.

Videoton (Macarıstan) – Vaduts (Lixtenşteyn) 1:0
Qol
: Stopira, 5.

Nörçepinq (İsveç) – Liepaya (Latviya) 2:0
Qol
: Tern, 1. Hakşabanoviç, 80.

Pyast (Polşa) – Riqa (Latviya) 3:2
Qol
: Çervinski, 66. Feliks, 82; 85 – Debelko, 22. Korun, 86-öz qapısına.

Lütsern (İsveçrə) – Klaksvik (Farer adaları) 1:0
Qol
: Şnoyvli, 90+3.

Aris (Yunanıstan) – AEL (Kipr) 0:0

Alkmaar (Hollandiya) – Haken (İsveç) 0:0

Jeness Eş (Lüksemburq) – Vitoriya (Portuqaliya) 0:1
Qol
: Amoa, 90+4.

Dunayska Ştreda (Slovakiya) – Atromitos (Yunanıstan) 1:2
Qol
: Vida, 35 – Umbides, 20. Manusos, 43.

Gent (Belçika) – Vitorul (Rumıniya) 6:3
Qol
: Asare, 4. Dejaeqere, 13. Kubo, 35; 45. Yaremçuk, 42-pen; 70 – Mladen, 21. Tiru, 56; 61.

Buduçnost (Monteneqro) – Zarya (Ukrayna) 1:3
Qol
: Peroviç, 60 – Qromov, 15; 19. Arveladze, 82.

Domjale (Sloveniya) – Malmö (İsveç) 2:2
Qol
: Nikolson, 37. Çerin, 48 – Benqtsson, 42; Antonsson, 52.

Reyncers (Şotlandiya) – Proqres (Lüksemburq) 2:0
Qol
: Aribo, 20. Ojo, 54.

Strasburq (Fransa) – Makkabi (Hayfa, İsrail) 3:1
Qol
: Ayorke, 45. Tomasson, 47. Martin, 62 – Plakuşçenko, 39.

Vulverhempton (İngiltərə) – Kruzeyders (Şimali İrlandiya) 2:0
Qol
: Jota, 37. Vinaqre, 90+3.

Legiya (Polşa) – Kuopio (Finlandiya) 1:0
Qol
: Viteska, 9.

Espanyol (İspaniya) – Styarnan (İslandiya) 4:0
Qol
: Ferreyra, 49; 57. İqlesias, 60; 68.

Torino (İtaliya) – Debretsen (Macarıstan) 3:0
Qol
: Belotti, 20; Ansaldi, 42. Zaza, 90+3.

Şemrok Rovers (İrlandiya) – Apollon (Kipr) 2:1
Qol
: Qreys, 14. Lopes, 58 – Papulis, 5.

Valyur (İslandiya) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol
: Petri, 11 – Aniçet, 90+2.