Avropa çempionatına 8 Yunan-Roma güləşçisi ilə

Yunan-Roma güləşi üzrə Azərbaycan millisin Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatı üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmamız sabah Polşaya yollanacaq.

Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son 3 günündə mübarizə aparacaq.

Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.

Xatırladaq ki, yarışda beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button