Avropa çempionatı öncəsi milli üzvləri ilə görüş

Bu gün Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanacaq minifutbol üzrə milli komandanın üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin komandanın vəziyyəti ilə bağlı hesabatı dinlənilib.

Komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirən mütəxəssis qarşıdakı yarışa hazır olduqlarını qeyd edib. Federasiya prezidenti də komandamızdan yüksək nəticə gözlədiyini və futbolçularımıza inandığını vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button