Avropa çempionatı Azərbaycanda keçiriləcək – Basketbol üzrə

Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul-6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Azərbaycanın U-18 millisi sonuncu çempionatda bürünc mükafatın sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button