“Atletiko”nun qapıçısının 5 “elçi”si var

“Atletiko”ya məxsus olan sloveniyalı qapıçı Yan Oblak yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Avropanın bir neçə klubu qolkiperin xidmətində maraqlıdır. “Yuventus”, “Bayern”, PSJ, “Çelsi” və “Mançester Yunayted” futbolçunu transfer etmək istəyirlər. Potensial keçidin dəyəri 30 milyon avro qiymətləndirilir.

Oblakın Madrid klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

31 yaşlı qolkiper İspaniya çempionatının cari mövsümündə 33 oyun keçirib, 39 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button