“Atletiko”nun futbolçusu Portuqaliya klubunda

“Atletiko”nun futbolçusu Lusiano Vietto karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Sportinq” klubuna transfer olunub. Bu barədə “Atletiko”nun rəsmi saytı məlumat yayıb.

2015-ci ildən “Atletiko”da çıxış edən Vietto, son mövsümü icarə əsasında “Fulhem”də keçirib.

“Sportinq” argentinalı futbolçu üçün “Atletiko”ya 7,5 milyon avro ödəyəcək.