Simeone: “Güclü olan qazandı”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada “Barselona”ya uduzduqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, TMW radiosuna danışan argentinalı mütəxəssis, 2:4 hesabıyla bitən oyunu belə şərh edib:

“Son 10 ildə yaxşı müdafiə futbolu oynadıq. İndi daha yaxşı olmalıyıq. Müdafiədə diqqətsizlik yaranıb.

Joao Feliks? Meydanda olduğu müddətdə özünü yaxşı tərəfdən göstərdi. “Barselona” bizdən güclü idi. Güclü olan qazandı. İndi səhvlərimizi təhlil edib, daha çox çalışmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button