
“Atletiko” rəsmisi: “Arsenal”ın penaltisi bizimkindən daha mübahisəli idi”
“Atletiko”nun idman direktoru Mateu Alemani UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”la qarşılaşmada (1:1) hakim idarəçiliyi haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bunu deyib:
“Arsenal”ın penaltisi bizimkindən daha mübahisəli idi. Çox yüngül təmas idi, Avropada buna görə adətən penaltilər təyin olunmur. Amma bilirdim ki, hakim “nöqtə”ni göstərən kimi VAR qərarı ləğv etməyəcək. Təəssüf ki, bu gün (dünən) sadəcə bəxtimiz gətirmədi”.
Komandalar arasında cavab oyunu mayın 5-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



