“Azarkeşlər olmadan belə, Çempionlar Liqasını qazana bilərik” – “Atletiko”nun prezidenti

İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Sereso komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı klub rəhbəri, Çempionlar Liqasında və La Liqadakı vəziyyətləri barədə danışıb:

“Azarkeşlər olmadan belə, Çempionlar Liqasını qazana bilərik. Bu, bu il baş verə bilər. Çempionatda çətin vəziyyətdəyik, amma Çempionlar Liqasında çox yaxşıyıq. Bizi finaldan bir neçə oyun ayırır.

Baş məşqçi Dieqo Simeone sakitdir və gördüyü işlərə güvənir. O, La Liqada ilk 4-lüyə daxil olmağımız üçün çalışacaq.

Transfer dövründə yeni futbolçunun cəlb olunmaması ehtimalı var, amma mövsüm ərzində nə olacağını görməliyik. Transferlər hər kəs üçün çətin olacaq”.