Almaniyalı futbolçu “Atletiko”ya keçə bilər

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun transferi uğrunda mübarizədə hazırda “Atletiko” favorit hesab olunur.

Brandt mövsümün sonunda azad agent statusu alacaq. Bu səbəbdən, onu almaq istəyən klub transfer haqqı ödəməyəcək. Almaniyalı futbolçu ilə həmçinin, “Arsenal”, “Roma” və “Fənərbaxça” klublarının da maraqlandığı bildirilir.

Yulian Brandt “Borussiya” forması ilə bütün turnirlərdə ümumilikdə 306 oyuna çıxıb, 57 qol vurub və 70 məhsuldar ötürmə verib.

Madrid təmsilçisi yarımmüdafiəçini yayda Antuan Qrizmannı əvəzləyəcək namizəd kimi görür. Fransalı futbolçunun mövsüm başa çatdıqdan sonra “Orlando Siti”yə (MLS) keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button