
“Atletiko” Alvaresi saxlaya biləcəyinə əmin deyil
“Atletiko” hücumçu Xulian Alvaresi komandada saxlaya bilməyəcəyindən qorxur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub argentinalı oyunçunun yay transfer pəncərəsində klubdan ayrılacağına inanır. Alvaresin satılması ehtimalı yalnız çox yaxşı təklif alındığı təqdirdə nəzərdən keçiriləcək.
Daha əvvəl bir neçə dəfə bildirildiyi kimi, “Barselona”, PSJ və “Arsenal” forvarda maraq göstərir.
26 yaşlı futbolçu bu mövsüm “Atletiko”nun heyətində 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da təxmini dəyəri 90 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



