“Liverpul”dan ayrılacaq futbolçu İspaniya klubuna keçə bilər

“Liverpul”un müdafiəçisi Endryu Robertson mövsümün sonunda azad agent statusu alacaq.

Şotlandiyalı futbolçunun müddəti başa çatan müqaviləsinin yenilənməyəcəyi artıq məlumdur. Ona əsas namizəd kimi “Tottenhem” göstərilsə də, londonlular Çempionşipə düşəcəyi halda, bu transferin reallaşması çətin görünür.

Komanda.az “Daily Record”-a istinadən xəbər verir ki, “Atletiko” Robertsona marağını yenidən artırıb. Madridlilər bir neçə ay əvvəl də onun əsas iddiaçıları arasında yer alırdı.

32 yaşlı oyunçu 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, cari mövsümdə “qırmızılar”ın heyətində keçirdiyi 34 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button