“Atletiko” braziliyalı futbolçu üçün növbəti cəhdini edəcək

“Atletiko” “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourensonun transferi üçün növbəti cəhdini edəcək.

26 yaşlı futbolçunun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və o, yüksək səviyyəli oyunçu kimi Avropanın bir neçə top-klubunun diqqətini çəkir. “Atalanta” isə onu komandada saxlamaq istəyir və yalnız yüksək məbləğdə təklif gələrsə, buraxmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun braziliyalı futbolçu üçün təklifi qış transfer pəncərəsində rədd edilmişdi, ancaq klub martda yeni danışıqlara başlamağı planlaşdırır.

Ederson cari mövsümdə 28 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button