Atası açıqladı – Xames “Yuventus”a gedəcək?

Müqaviləylə “Real”a məxsus olan, lakin icarə əsasında “Bavariya”da çıxış edən Xames Rodriqesin atası Uilson Rodriqes, oğlunun “Yuventus”a transfer olacağı iddialarıyla bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Uilson Xamesin “Yuventus”a gedə biləcəyinin siqnalını verib:

“İndi o, çox sakitdir. “Bavariya”da xoşbəxt olmadığını düşünürəm. İtaliyada futbol başqadır, ancaq “Yuventus”un Xames üçün yaxşı seçim olacağını fikirləşirəm”.

Xamesin “Bavariya”yla icarə müqaviləsi mövsümün sonunda bitir. Kolumbiyalı futbolçuyla “Yuventus” yaxından maraqlanır. “Real” da Xamesi yaxşı məbləğə satmağa müsbət yanaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button