“Atalanta”dan 11 milyon avroluq transfer

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Verona”nın mərkəz müdafiəçisi Matteo Lovatonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma İtaliya mətbuatı gənc oyunçunun keçidinin 11 milyon avroya başa gəldiyini yazıb.

Matteo Lovato peşəkar karyerasına “Padova”da başlayıb. O, ötən mövsümün əvvəlindən “Verona”da çıxış edirdi. Müdafiəçi həm də İtaliyanın U-21 yığmasının üzvüdür.