“Atalanta”da yeni futbolçu

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”nın müdafiəçisi Cüzeppe Petsellanı heyətinə qatıb.

Bu barədə “Atalanta”nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Petsella 2019-cu ilin avqustundan “Parma”da çıxış edirdi. İtaliyanın gənclərdən ibarət yığmasında da oynamış futbolçu, əvvəllər “Palermo”, “Udineze” və “Cenoa”nın da formasını geyinib.