“Aston Villa” Morqanla bağlı qərarını verib

“Aston Villa” rəhbərliyi komandanın aparıcı futbolçularından olan Morqan Rocersi satmaq niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem təmsilçisi 23 yaşlı yarımmüdafiəçiyə Avropanın bir sıra top-klublarının ciddi maraq göstərdiyindən xəbərdardır. Buna baxmayaraq, klub rəhbərliyi oyunçunu heyətdə saxlamaqda qərarlıdır.

Bildirilir ki, “Aston Villa”nın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasından sonra Rocerslə yolları ayırmağa ehtiyac görmür. Bununla belə, futbolçu üçün çox sərfəli təklif gəldiyi halda, klubun mövqeyinin dəyişib-dəyişməyəcəyi hələ dəqiq deyil.

Son aylarda İngiltərə millisinin üzvü ilə ən çox maraqlanan klubun “Arsenal” olduğu bildirilir. Bundan başqa, “Mançester Siti”nin də onu izlədiyi qeyd olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button