“Artıq vaxt yetişib: oynamağın zamanıdır” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalının “Sevilya” ilə görüşündən öncə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finala çıxmaq üçün uzun yol qət etdiklərini diqqətə çatdırıb:

“Finalda oynamağa layiqik. Bu haqda çoxdan danışırdıq. Çempionlar Liqasından buraya gələn rəqibimizdən fərqli olaraq, uzun yol qət etdik. Artıq vaxt yetişib: oynamağın zamanıdır.

Kuboka sahib olmaq üçün optimal formamızı qoruyub saxlamağa çalışdıq. Həmkarım Xose Luis Mendilibar (“Sevilya”nın çalışdırıcısı) fərqli düşüncələrə sahibdir. Ona hörmət edirəm. O, Avropa Liqasının tarixinin “Sevilya”nı favorit hesab etdiyini deyir. Bu turnirin onlar üçün xüsusi tarixçəsi var, amma bizim üçün yox. Onlar üçün finalda oynamaq adi haldır, bizim üçün isə bu, qeyri-adi hadisədir.

“Sevilya” əla komandaya, daha dəqiq desək, iki əla komandaya sahibdir. Onlar 25 keyfiyyətli oyunçuya sahibdirlər. Peşəkardırlar. Bu səbəbdən seçim imkanları çoxdur. Lakin “Sevilya” mənim futbolçularımı tam tanımır. Mendilibar mənim kimi eyni nəslin nümayəndəsidir. Onun da saçları ağarıb. Bərabər səviyyəli məşqçilərik. Eyni cümlə futbolçular üçün də keçərlidir. Bir daha təkrar edirəm: “Sevilya”nın avrokuboklar təcrübəsi çoxdur, biz isə iki ildir ki, birlikdə oynayırıq”.

Avropa Liqasının finalının “Sevilya” – “Roma” görüşü bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button