“Mançester Siti” səfərdən xalsız döndü

İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. Son turda “Tottenhem”i məğlub edən “Çelsi”, bu dəfə “Sauthempton”u sınağa çəkib və doğma meydanda məğlubiyyətlə üzləşib. “Arsenal” isə Mikel Artetanın rəhbərliyi altında Premyer Liqada ilk oyununu keçirib. “Topçular” bu turda “Bornmut”un qonağı olub və heç-heçəyə razılaşıb.

Baş məşqçi postuna Karlo Ançelottini gətirən “Everton” “Bernli”ni qəbul edib və minimal hesablı qələbəyə sevinib.

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Lester”in qonağı olub. Rəqibini darmadağın edən “qırmızılar” çempionluq yolunda daha bir önəmli addım atıblar.

Sonuncu oyun günündə isə “Mançester Siti” səfərdə “Vulverhempton”la qarşılaşıb. Son çempion bu görüşün son dəqiqələrində buraxdığı qollarla məğlub olub.

İngiltərə Premyer Liqası, 19-cu tur

26 dekabr

Tottenhem – Brayton 2:1
Qol
: H.Keyn, 53. D.Alli, 72 – Uebster, 37.

Çelsi – Sauthempton 0:2
Qol
: Obafemi, 31. Redmond, 73.

Bornmut – Arsenal 1:1
Qol
: Qoslinq, 35 – Obameyanq, 63.

Aston Villa – Norviç 1:0
Qol
: Hauriheyn, 64.

Kristal Pelas – Vest Hem 2:1
Qol
: Kouyate, 68. Ayyu, 90 – Snodqrass, 57.

Şeffild Yunayted – Uotford 1:1
Qol
: Norvud, 36 – Deulofeu, 27.

Everton – Bernli 1:0
Qol
: Levin, 80.

Mançester Yunayted – Nyukasl 4:1
Qol
: Marsyal, 24; 51. Qrinvud, 36. Reşford, 41 – Lonqstaff, 17.

Lester – Liverpul 0:4
Qol
: Firmino, 31; 75. Milner, 71-pen. Aleksandr-Arnold, 78.

27 dekabr

Vulverhempton – Mançester Siti 3:2
Qol
: Traore, 55. R.Ximenes, 82. Doherti, 90 – Sterlinq, 25; 50.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button