
Luis Enrike: “Arteta “Arsenal”da möhtəşəm iş görür”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının finalında “Arsenal”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
PSJ dünən yarımfinalın cavab matçında “Bayern”lə duelə çıxıb. Paris təmsilçisi səfərdə heç-heçə (1:1) edərək, iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə finala yüksəlib. Bir gün əvvəl isə “Arsenal” “Atletiko”nu (1:1, 1:0) mübarizədən kənarlaşdıraraq, finala vəsiqə qazanmışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, oyundan sonra açıqlamasında “Arsenal”ın baş məşqçisi, həmyerlisi Mikel Arteta haqda da danışıb:
“Artetanı çox yaxşı qiymətləndirirəm. Uşaqlıqda eyni komandada çıxış etmişik. İndi isə o, “Arsenal”da möhtəşəm iş görür. Bizi çox çətin final gözləyir, amma öz oyun üslubumuza inanırıq”.
UEFA Çempionlar Liqasının finalı mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Bizi Facebook-da izləyin



