“Arsenal”ın hədəfindədir – 80 milyon avroluq futbolçu

“Portu”nun vingeri Vilyam Qomes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqlıdır. “Topçular” onun transfer imkanlarını nəzərdən keçirir.

Bildirilir ki, Qomesin “Portu” ilə müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu səbəbdən, İngiltərə təmsilçisi transferi reallaşdırmaq istəsə, ciddi məbləğ ödəməli olacaq.

Braziliyalı futbolçu indiyədək “Portu”nun heyətində 46 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qomesin Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. O, son mövsümdə nümayiş etdirdiyi performansla Avropanın aparıcı klublarının diqqətini cəlb etməyi bacarıb və “Arsenal” bu yarışda ön sıralarda yer alanlardan biri hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button