Alman futbolçu yayda “Arsenal”a keçə bilər

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt mövsümün sonunda komandadan ayrılacaq. Onun İngiltərə Premyer Liqasında çıxış etmək imkanı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu ilə “Arsenal” və “Aston Villa” maraqlanır.

Hər iki klub yay transfer dövründə Brandtı sərbəst agent kimi heyətinə qatmaq üçün cəhd göstərəcək.

Almaniyalı futbolçu bu mövsüm Bundesliqa çərçivəsində 20 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button