
“Arsenal”ın hədəfindəki 20 yaşlı hücumçu
“Bornmut”un hücumçusu Eli Junior Krupi “Arsenal”ın maraq dairəsinə düşüb.
Komanda.az “Daily Mail Sport”-a istinadən xəbər verir ki, “topçular” 20 yaşlı hücumçunun oyununu yüksək qiymətləndirir. Ancaq transferin baş tutması asan görünmür. Bildirilir ki, “Bornmut” fransalı oyunçunu komandada saxlamaq niyyətindədir və 105 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyi düşünmür.
“Atletiko”nun hücumçusu Xulian Alvares də “Arsenal”ın baş məşqçisi Mikel Artetanın transfer siyahısında qalır. Ancaq Madrid təmsilçisinin də 26 yaşlı argentinalı forvardı 100 milyon avrodan aşağı qiymətə satması gözlənilmir.
“Arsenal” ötən yay Viktor Qyokereşi “Sportinq”dən 67 milyon avroya transfer etmişdi. Lakin isveçli hücumçu hələlik London klubunun ümidlərini tam doğrulda bilməyib.
Bizi Facebook-da izləyin



