
Sabiq futbolçudan “Arsenal”ın qapıçısına xəbərdarlıq
“Arsenal”ın sabiq qapıçısı Yens Lemann, UEFA Çempionlar Liqasının finalı öncəsi “topçular”ın hazırkı qolkiperi David Rayaya maraqlı mesaj göndərib.
“Arsenal” mayın 30-da finalda PSJ ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Rayaya həm xəbərdarlıq edib, həm də motivasiya xarakterli sözlər deyib:
“Zəhmət olmasa, bizə kömək et və finalda 90 dəqiqə meydanda qal… Qırmızı vərəqə alma!”
O, 2006-cı ilin finalını xatırladaraq, öz səhvini də etiraf edib:
“Çempionlar Liqasını qazanırsızsa, azarkeşlərə keçmişdə verə bilmədiyimizi verirsiz. Mən 2006-cı ilin finalında gözləntiləri doğrultmadım, çünki meydandan qovuldum”.
“Arsenal” 2006-cı ilin finalında “Barselona”ya 1:2 hesabı ilə uduzmuşdu və Lemann oyunun 18-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydanı tərk etmişdi.
Bizi Facebook-da izləyin



