“Arsenal”ı final matçından əvvəl sevindirən xəbər

“Arsenal”ın vingeri Noni Madueke Premyer Liqanın son turunda “Kristal Pelas”la oyunda zədələnsə də, problem ciddi görünmür.

İngiltərəli futbolçu görüşə start heyətində başlayıb və komandasının 2:1 hesablı qələbə qazandığı oyunda həlledici qolu vurub. Matçın sonlarına yaxın isə baş məşqçi Mikel Arteta Maduekeni əvəzləmək məcburiyyətində qalıb.

Komanda.az İngiltərə mediasna istinadən xəbər verir ki, 24 yaşlı oyunçu bud nahiyəsinin arxa hissəsindən zədə alıb, ancaq durumu ağır deyil.

Madueke böyük ehtimalla, mayın 30-da keçiriləcək UEFA Çempionlar Liqasının finalına qədər bərpa olunacaq. Həmin görüşdə “Arsenal” PSJ ilə qarşılaşacaq.

London klubu bu mövsüm 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub. Madueke isə cari mövsümdə bütün turnirlərdə keçirdiyi 42 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button