İngiltərə klubu Leaonu izləyir

“Arsenal” yeni cinah oyunçusu transfer etməyi planlaşdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb. “Topçular” yüksək səviyyəli hücumçuları izləyirlər, ancaq onların transferi hələ prioritet sayılmır.

“Arsenal” uzun müddətdir “Real”ın hücumçusu Rodriqo ilə maraqlanır və həmçinin, “Milan”dan portuqaliyalı Rafael Leaonu da izləyir. Klub Viktor Qyokereşin yanına əlavə oyunçular tapmaq istəyir.

London təmsiliçi cari mövsümdə 15 turdan sonra İngiltərə Premyer Liqasında liderliyi saxlayır və 33 xal toplayıb. Komanda ən yaxın rəqibindən iki xal üstünlüyə sahibdir.

Mikel Artetanın komandası Premyer Liqada sabah, saat 00:00-da “Vulverhempton”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button