
“Nyukasl”ın 3 futbolçusu “Arsenal”ın hədəfindədir
“Arsenal” “Nyukasl”ın bir neçə oyunçusu ilə maraqlanır.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “topçular”ın hədəfində Sandro Tonali, Valentino Livramento və Entoni Qordon var.
“Nyukasl” rəhbərliyi sərfəli təklif alacağı təqdirdə, əsas oyunçularından biri ilə yollarını ayıra bilər.
“Arsenal” hazırda İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparır. Mikel Artetanın komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Mançester Siti”ni 9 xal qabaqlayır. Bundan əlavə, London təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə Lissabon “Sportinq”i üzərində 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



