
Daha bir klub Alvares uğrunda yarışa qoşulub
“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvares üçün transfer yarışına qoşulub.
Komanda.az AS-a istinadən xəbər verir ki, “topçular” artıq Argentina millisinin forvardı ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Alvares uzun müddətdir klubun transfer siyahısında yer alır və London təmsilçisi bu yay onun üçün yenidən cəhd etməyi planlaşdırır.
Bununla belə, “Atletiko”nun mövqeyi dəyişməz qalır. Madrid klubu futbolçunu növbəti mövsüm üçün əsas planlarında görür və onun satışında maraqlı deyil.
26 yaşlı forvardla PSJ ilə “Barselona”nın da maraqlandığı bildirilir. Daha əvvəl mətbuatda Alvaresin “Atletiko”dan ayrılmaq istədiyi barədə məlumatlar yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



